“Ararat”ın qapıçısı qətlə yetirilib
BrendSport.az xəbər verir ki, Ermənistanın "Ararat” komandasının futbolçusu Muşeq Qevondyan paytaxt İrəvanda atışma zamanı qətlə yetirilib.
Hadisə Kanaker-Zeytun rayonunda baş verib. Atışma zamanı güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Lakin onlardan biri - "Ararat”ın ikinci komandasında çıxış edən M.Qevondyan dünyasını dəyişib. Klub 23 yaşlı qapıçının ölümü ilə əlaqədar başsağlığı verib.
olimpnews.az
Facebook-da paylaş