Gənc basketbolçuların Çempionlar Liqası yarışına Türkiyə ev sahibliyi edəcək
Beynəlxalq Basketbol Federasiyası 18 yaşadək oyunçular arasında Çempionlar Liqası yarışının keçirilməsi barədə qərar qəbul edib.
BrendSport.az federasiyaya istinadla xəbər verir ki, turnirdə Çempionlar Liqasında mübarizə aparan 10 klubun gənclərdən ibarət komandası mübarizə aparacaq.
İlk turnirə Türkiyənin “Tofaş” komandası ev sahibliyi edəcək. Bursada keçiriləcək yarışın final oyunu aprelin 15-də təşkil olunacaq.
Turnirdə “Tofaş” ilə yanaşı, “Bney Qertsliya” (İsrail), “Nimburq” (Çexiya), “Ostende” (Belçika), “Hapoel Yerusəlim” (İsrail), “İqokea” (Bosniya və Herseqovina), “Tenerife” (İspaniya), “Lyudviqsburq” (Almaniya), “Ritas” (Litva) və “Mursiya” (İspaniya) komandaları da birincilik uğrunda mübarizə aparacaqlar.
Yarışın püşkatma mərasimi fevralda keçiriləcək və komandalar iki qrupa bölünəcək.
Facebook-da paylaş