Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qobustanın fəxri



Ələkbərov Qüdrət Ağakərim oğlu 04 aprel 1976-cı ildə Qobustan rayonu Ərəbşahverdi kəndində anadan olub. Orta məktəb illərindən rayonda karate ilə məşğul olmuşdur .

İdmanla daha yaxından məşğul olmaq üçün Qaradağ rayonunda fəaliyyət göstərən sambo və cüdo üzrə əməkdar məşqçi Mayıs müəllimin rəhbərliyi altında məşqləri davam etdirib.

1993-cü ildə sambo və cüdo üzrə respublika birinciliyinin mükafatçısı olub. 1994-cü ilin iyun ayında həqiqi hərbi xidmətə gedib. Tərtər və Gəncədə "N" saylı hissələrdə xüsusi təyinatlı taburda (XTT) xidmət edib. 1997-ci ilin noyabr ayında xidməti başa vurub.

1998-ci ildə Qobustan rayonunda UQİM-nin nəzdində sambo və cüdo üzrə yenidən məşqlərə başlayib. 2002-ci ildə tələbələri sambo üzrə ilk respublika çempionatının qalibi Faiq Atakişiyev olub. Sonralar Faiq Atakişiyev, Elşən Qəniyev, Tural və Taleh Rəcəbov qardaşları beynəlxalq yarışlarının qalibləri olub.
2001-2004-cü illərdə Bakı İdman və Turizm kollecini bitirib.

Cüdo üzrə tələbələrindən Babarəhim Mirzəyev 2015-ci ildə Bakı şəhər ikincisi, respublika üçüncüsü olmuşdur. 2016-cı ildə Babarəhim Mirzəyev Dağıstanda keçirilən beynəlxalq yarışın və 2017-ci ildə Türkiyənin Sakarya şəhərində 15 ölkənin iştarkı ilə keçirilən yarışın qalibi olmuşdur. Digər tələbələri Səyyad Alıyev, Samir Qayıbov və Niyyət Yaqubov isə turniri 3-cü yerlə baca vurmuçlar.

Əliqasım Məmmədov
ADPU-nin I kurs tələbəsi






Facebook-da paylaş

Xəbəri paylaş