Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın oyunlarının vaxtı dəyişdirildi



Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

Ağdam təmsilçisi İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Topaz Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib. PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Neftçi” matçı 2 dekabr tarixdən 1 dekabr tarixə keçirilsin.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” matçları 29 noyabr tarixdən 28 noyabr tarixə keçirilsin.


Facebook-da paylaş

Xəbəri paylaş