Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ" FK üçün "Qarabağımız" klipi - VİDEO



Son vaxtlar Azərbaycan futbolunda dircəliş hiss olunur. Bunun bariz nümunəsi kimi "Qarabağ" FK Avropa miqyaslı turnirlərdə tanınmış komandalarla bərabər səviyyəli oyun göstərməsini qey edə bilərik.

Baş məşqçı Qurban Qurbanovun komandası meydanda demək olar ki, vuruşaraq əsl fədakarlıq nümayiş etdirilər. Ancaq son oyunlar göstərdi ki, "Qarabağ"ın rəqiblərinə demək olar ki, hakimlər də köməklik edir.

Bu gün cəmiyyətimizdə "Qarabağ" komandasına ən müxtəlif səviiyədə dəstək olmaq məqsədi ilə müxtəlif tədbirlər keçirilir. Bunların sırasında "Qarabağımız" klipini də göstərmək olar.

Klip rejissor Kərim Rəhimovun təxəyüllünün məhsuludur. Fikrimcə, vaxtında çəkilmiş bir klipdir. Klipdə sözün həqiqi mənasında azerkeş ab-havası duyulur.

Klipdə işğal olunmuş rayonların adları çəkilir. İdman meydanından döyüş ruhunu yaradan bir klipdir. Kərim Rəhimovun ərsəyə gətirdiyi bu klip eyni mənanı daşıyır.

Demək olar ki, idmançıda vətənpərvərlik hisslərini güçləndirir və döyüşə daha da can atmağa sövq edir.

Klipdə çəkilən peşakar aktyorlar olmasa da, Qarabağa olan sevği və vətənpərvərlik hissləri onların əsl aktyorluq məharətini üzə çıxarmışdır. Yahya, Sevinç, Gündüz, Milgül, Nigar, Nuranə, Arif, Səbuhi, Ceyran, Ramin, Kərim, Aygül, Rəşad, Bəyim və Arif kimi insanlar bu klipdə rol alaraq, Azərbaycana olan sevgilərini bildirmişlər.

Klipin səsləndirməsi "Tormenta" media qrupuna aiddi. Zahid Nadirovun, İmran Əsədovun, tərcüməçi Orxan Quliyevin, prodüsser Emin Əliyevin, "Azəri" İdman Kompleksinin və Azər Dünyamalıyevin birlikdə yaratıqları bu klip inanırıq ki, geniş auditoriya tərəfindən müsbət qarşılanacaq.

Alxas Məmmədov



Facebook-da paylaş

Xəbəri paylaş