Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Futbolumuzun inkişafı üçün oyunçularla bərabər təşkilatçılıqda da çox iş görmək lazımdır"



Rusiyada yaşayan tanınmış jurnalist Fuad Abbasov xüsusi olaraq BrendSport.az-ın suallarını cavablandırıb.

- Son zamanlar “Qarabağ”ın Avropa arenasındakı oyunlarına münasibətiniz?

- Şox yüksək qiymətləndiriəm və inanıram ki, göstərilən nəticələr gələcək üçün ümidvericidir.

- Bu oyunlara baxaraq “bu futbolumuzun inkşafidı” deyə bilərikmi?

- Futbolumuzun inkişafı üçün oyunçularla bərabər təşkilatçılıqda da çox iş görmək lazımdır. Məncə, legionerlərdən daha çox öz gənclərimizlə oynamaq və onların daha çox inkişaf etmələrinə imkan yaradılmalıdır. Fikrimcə, “Qarabağ”ın bu oyunu hələ də futbol təşkilatçılığımızın inkişafını əks etdirmir.

- Bu oyunlarda sizin üçün ən yaddaqalan hansı epizod oldu?

- Ən çox yaddaqalan anlar oyunun 40-cı dəqiqəsində ispan aparıcıların təəssüflə "Karabak" deməsi oldu!

- Qurban Qurbanov məşqçi kimi Azərbaycan üçün tapıntı hesab etmək olarmı?

- İnanıram ki, nəinki Qurban Qurbanov, Azərbaycanda onlarca istedadlı məşqci var. Ancaq onların özlərini göstərmələri üçün şərait yaradılmalıdır.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş