Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçuların yeni reytinq cədvəli açıqlandı




Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.

Belə ki, cüdoçularımızın əksəriyyəti mövqelərini qorumağı bacarıblar. İlk "onluq"da yer alan təmsilçilərimizdən Rüstəm Orucov yenə 2-ci, Hidayət Heydərov (hər ikisi 73 kq) 4-cü, Elxan Məmmədov 3-cü, Elmar Qasımovla İrina Kindzerskaya (+78 kq) 6-cıdı. Onlardan fərqli, Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) irəliləyib. Həmyerlilərimiz hərəyə 1 rəqibini qabaqlamaqla, müvafiq olaraq, 2-ci və 5-ci yerə qalxıblar.

Digər cüdoçularımıza gəlincə, Vüqar Şirinli (60 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) da eyni pillədə qalıblar. Təmsilçilərimiz müvafiq olaraq, 29-cu, 22-ci, 15-ci, 20-ci, 39-cu və 30-cu yerdədi.

Milli.Az


Facebook-da paylaş

Xəbəri paylaş