Əsas Səhifə > Ölkə idmanı > Cüdoçuların yeni reytinq cədvəli açıqlandı
Cüdoçuların yeni reytinq cədvəli açıqlandı13-11-2017, 21:10 |
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb. Belə ki, cüdoçularımızın əksəriyyəti mövqelərini qorumağı bacarıblar. İlk "onluq"da yer alan təmsilçilərimizdən Rüstəm Orucov yenə 2-ci, Hidayət Heydərov (hər ikisi 73 kq) 4-cü, Elxan Məmmədov 3-cü, Elmar Qasımovla İrina Kindzerskaya (+78 kq) 6-cıdı. Onlardan fərqli, Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) irəliləyib. Həmyerlilərimiz hərəyə 1 rəqibini qabaqlamaqla, müvafiq olaraq, 2-ci və 5-ci yerə qalxıblar. Digər cüdoçularımıza gəlincə, Vüqar Şirinli (60 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) da eyni pillədə qalıblar. Təmsilçilərimiz müvafiq olaraq, 29-cu, 22-ci, 15-ci, 20-ci, 39-cu və 30-cu yerdədi. Milli.Az Geri qayıt |