Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçular Naxçıvanda toplaşdı

Yeniyetmə cüdoçular Naxçıvanda toplaşdı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, iki yaş qrupunda təşkil olunan yarışda 4 komanda mübarizə aparıb.

Naxçıvan şəhər, Naxçıvan Hərbi Liseyi, Culfa və Şərur komandalarının yeniyetmə cüdoçuları medallar uğrunda yarışıblar.
U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.

U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.

U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş