Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"İstəyirəm ki, Prosineçki qalsın"

"İstəyirəm ki, Prosineçki qalsın"

"Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev səfərdə "İnter"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. BrendSport.azın məlumatına görə, Əmirquliyev əvvəlcə oyunun çətin keçməsinin səbəbini açıqlayıb...

- Belə vəziyyətdə olan meydanda futbol oynamaq çox çətin idi. Nə top saxlamaq, nə də ötürmə vermək olurdu. Bərbad örtükdə istədiyin oyunu sərgiləyə bilmirsən.

- Bu qələbə “Atletiko” oyun üçün motivasiya verəcək?

- Əlbəttə, 3 xal qazanmaq yaxşı haldır. Çempionatda liderik. Mövqeyimizi qorumaq istəyirik. Ona görə də meydana qələbə üçün çıxmışdıq.

- Belə görünür ki, "Qarabağ" II dövrədə rəqiblərindən daha çox aralanacaq...

- Hər şey ola bilər. Bu, futboldur. Amma biz bütün oyunlara eyni motivasiya ilə çıxmağa çalışırıq. Rəqiblərdən kimin xal itirə biləcəyini düşünmürük. Bizə yalnız öz oyunumuz maraqlıdır.

- Qarşıda “Atletiko” ilə oyun gəlir. Çoxları bu komandanın adını eşidəndə həyəcanlanmağa başlayır. Siz necə?

- Düzdür, “Atletiko” Çempionlar Liqasında son 3 ildə 2 dəfə finala çıxıb. Bizi çox çətin oyun gözləyir. Amma bu həm də təcrübə olacaq. Çalışacağıq ki, millətimiz üçün baxımlı oyun göstərək. Eyni zamanda nəticə də çox vacibdir.

- Sensasiya edəcəyinizə inamınız var?

- Özümüzə inanırıq. Amma reallıq odur ki, “Atletiko” güclüdür. Ancaq meydana vaxt keçirməyə çıxmayacağıq. 3 xal və yaxşı oyun üçün mübarizə aparacağıq.

- Deyəsən, millidə kapitanlıq sarğın Robert Prosineçkiyə düşməyəcək. Çünki onun millidən gedəcəyi gözlənilir. Onun qalıb-getməsi barədə hansı fikirdəsən?

- Bu AFFA-nın işidir. Kimi gətirib, kimi çıxarmağı onlar yaxşı bilərlər. Amma mən istərdim ki, Prosineçki qalsın, işini davam etdirsin. Amma AFFA necə qərar verəcəksə, o da olacaq.

- Almaniya ilə oyundan sonra Prosineçki sizinlə vidalaşdı?

- O, oyundan sonra evinə getdi, biz də bura qayıtdıq. Dedi ki, 17-18 oktyabrda Bakıda olacağam. Başqa cür vidalaşmadı.

"Report"


Facebook-da paylaş