Əsas Səhifə > Ölkə idmanı / Müsahibə > "İstəyirəm ki, Prosineçki qalsın"
"İstəyirəm ki, Prosineçki qalsın"13-10-2017, 23:02 |
"Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev səfərdə "İnter"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. BrendSport.azın məlumatına görə, Əmirquliyev əvvəlcə oyunun çətin keçməsinin səbəbini açıqlayıb... - Belə vəziyyətdə olan meydanda futbol oynamaq çox çətin idi. Nə top saxlamaq, nə də ötürmə vermək olurdu. Bərbad örtükdə istədiyin oyunu sərgiləyə bilmirsən. - Bu qələbə “Atletiko” oyun üçün motivasiya verəcək? - Əlbəttə, 3 xal qazanmaq yaxşı haldır. Çempionatda liderik. Mövqeyimizi qorumaq istəyirik. Ona görə də meydana qələbə üçün çıxmışdıq. - Belə görünür ki, "Qarabağ" II dövrədə rəqiblərindən daha çox aralanacaq... - Hər şey ola bilər. Bu, futboldur. Amma biz bütün oyunlara eyni motivasiya ilə çıxmağa çalışırıq. Rəqiblərdən kimin xal itirə biləcəyini düşünmürük. Bizə yalnız öz oyunumuz maraqlıdır. - Qarşıda “Atletiko” ilə oyun gəlir. Çoxları bu komandanın adını eşidəndə həyəcanlanmağa başlayır. Siz necə? - Düzdür, “Atletiko” Çempionlar Liqasında son 3 ildə 2 dəfə finala çıxıb. Bizi çox çətin oyun gözləyir. Amma bu həm də təcrübə olacaq. Çalışacağıq ki, millətimiz üçün baxımlı oyun göstərək. Eyni zamanda nəticə də çox vacibdir. - Sensasiya edəcəyinizə inamınız var? - Özümüzə inanırıq. Amma reallıq odur ki, “Atletiko” güclüdür. Ancaq meydana vaxt keçirməyə çıxmayacağıq. 3 xal və yaxşı oyun üçün mübarizə aparacağıq. - Deyəsən, millidə kapitanlıq sarğın Robert Prosineçkiyə düşməyəcək. Çünki onun millidən gedəcəyi gözlənilir. Onun qalıb-getməsi barədə hansı fikirdəsən? - Bu AFFA-nın işidir. Kimi gətirib, kimi çıxarmağı onlar yaxşı bilərlər. Amma mən istərdim ki, Prosineçki qalsın, işini davam etdirsin. Amma AFFA necə qərar verəcəksə, o da olacaq. - Almaniya ilə oyundan sonra Prosineçki sizinlə vidalaşdı? - O, oyundan sonra evinə getdi, biz də bura qayıtdıq. Dedi ki, 17-18 oktyabrda Bakıda olacağam. Başqa cür vidalaşmadı. "Report" Geri qayıt |