Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Voleybol üzrə Azərbaycan millisi Latviya yığması ilə qarşılaşıb



Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir.

BrendSport.az xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparır.

Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar.

Yığmamız turnirdə sonuncu oyununu keçirib. Latviya komandası ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub.

Millimiz çempionat çərçivəsində Ukrayna və Rusiyaya 0:3, Gürcüstana isə 1:3 hesabı ilə uduzub.

Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək.


Facebook-da paylaş