Əsas Səhifə > Ölkə idmanı > Voleybol üzrə Azərbaycan millisi Latviya yığması ilə qarşılaşıb
Voleybol üzrə Azərbaycan millisi Latviya yığması ilə qarşılaşıb27-11-2019, 18:11 |
Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir. BrendSport.az xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparır. Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar. Yığmamız turnirdə sonuncu oyununu keçirib. Latviya komandası ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub. Millimiz çempionat çərçivəsində Ukrayna və Rusiyaya 0:3, Gürcüstana isə 1:3 hesabı ilə uduzub. Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. Geri qayıt |