Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DİN Nicat Muxtarovla bağlı xəbəri təkzib etdi



İki gün əvvəl Sumqayıtda kabel oğurluğuna görə polis tərəfindən saxlanılan “Sumqayıt” klubunun futbolçusu Nicat Muxtarovun bu gün sərbəst buraxıldığını xəbər vermişdik. Futbolçuya yaxın şəxslərin verdiyi məlumata görə, Muxtarov sərbəst buraxılıb. Amma Daxili İşlər Nazirliyi (DİN) bu məlumatı təkzib edib.

BrendSport.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini deyib:

“Onun barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hazırda Nicat Muxtarov istintaq tərəfindən dindirilir və sonra məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq. Nicat Muxtarovun polis İdarəsindən buraxılması barədə yayılan məlumatlar yalandı”. (apa)

22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanmışdı. Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə Muxtarov idi.


Facebook-da paylaş

Xəbəri paylaş