Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahin Diniyev: "Coşquna dedim ki, burnundan gəlsin"




Gəncənin "Kəpəz" klubu Topaz Premyer Liqasının V turu çərçivəsində “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası açıqlamasında rəqibin "Qarabağ" olduğunu nəzərə alaraq, futbolçularından razılıq edib:

“Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdür. Elitar rəqiblərlə kiçik komandalar arsında əsas fərq səhvlərdən istifadə etmək bacarığındadır. Öz səhvlərimizdən qollar buraxdıq. İkinci hissədə rəqibi əks-hücumlarda yaxalaya bilərdik. Futbolçularımdan razıyam, bacardıqlarını ortaya qoydular. “Qarabağ”ı təbrik edirəm".

Qapılarına qol vuran oğlu Coşqunla bağlı suala isə belə cavab verib:

"Ötən dəfə Coşquna demişdim ki, evə gəlmə, bu dəfə dedim ki, burnundan gəlsin. Elə bil ona yemək verməmişəm. Topa elə zərbə vurdu ki, sanki 20 il dustaqxanada saxlamışam (gülür).

Goal.az


Facebook-da paylaş

Xəbəri paylaş