Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Almaniya AÇ-2024 üçün stadionların siyahısını açıqladı

Almaniya AÇ-2024 üçün stadionların siyahısını açıqladı

Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatının keçirilməsi üçün stadionların siyahısını açıqlayıb.
Qurumun rəsmi saytı xəbər verir ki, qitə birinciliyinin təşkili üçün 10 arena uyğun görülüb. Bunlar “Alyans Arena” (Münhen), Olimpiaştadion (Berlin), “Siqnal İduna Park” (Dortmund), “Esprit Arena” (Dyusseldorf), “Kommersbank-Arena” (Frankfurt), “Feltins-Arena” (Qelzenkirhen) “Folksparkştadion” (Hamburq), “Rayn-Energi” (Köln), “Red Bul-Arena” (Leyptsiq) və “Mercedes-Benz Arena”dır (Ştutqart).
DFB 27 aprel 2018-ci il tarixinədək sənədlərin tam paketini UEFA-ya göndərməlidir.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatına ev sahibliyi ilə bağlı yekun qərar 2018-ci ilin sentyabrında veriləcək. Almaniyanın yeganə rəqibi Türkiyədir.


Facebook-da paylaş

Xəbəri paylaş