Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan nümayəndə heyəti idmançımızı ziyarət etdi - FOTOLAR



Azərbaycan nümayəndə heyəti Pxençxan Olimpiya kəndinə səfər edib. Nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov olub.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti üçün ayrılan mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramı haqqında rəsmiləri bilgiləndirib.

O, həmçinin oyunlarda ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın hazırlığı və nümayəndə heyətinə yaradılan şərait barədə məlumat verib.








Apasport


Facebook-da paylaş

Xəbəri paylaş