Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ramiz Məmmədov: Artıq nəsə demək istəmirəm



“Məlum səbəblərə görə oyunu iki hissəyə bölmüşdük. Uşaqlara tapşırıqları lazımi qədər çatdırmışdıq”. Bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “Qəbələ”nin qonağı olan paytaxt təmsilçisi 0:3 hesablı məğlubiyyətlə üzləşib.

Matçdan sonra keçirilən mətbuat konfransında Məmmədov məğlubiyyəti şərh edib: “Komandanın tərkibində futbolçuların sayı kasad idi. Bunu təkrarlamağa ehtiyac yoxdu. Təcrübəsiz futbolçuların kiçik səhvlərindən oyunu uduzduq. Ümumilikdə, komanda verilən tapşırıqları yerinə yetirdi. İkinci hissədə oyunu əks-hücumların üzərində qurmuşduq. Matçdan ümumilikdə razı qalsam da, hesabdan narazıyam”.

- Bugünkü məğlubiyyətə görə şübhələndiyiniz futbolçu varmı?

- Xeyr. Uşaqlar çox yaxşı futbol oynadılar. Nəyi bacarırlarsa, onu da göstərdilər. Meydanda savaş var idi. Sadəcə, təcrübəsizdilər, gəncdilər. Buna görə də, səhv etməklərinə bəraət qazandırmaq olur.

- Bu komandanı qış fasiləsində yenidən qurmaq lazımdı?

- 3-4 nəfərlə nəsə dəyişiklik etmək olmaz. Qış fasiləsində ən azı 6-7 futbolçu lazımdı. Təcrübəsizlik özünü göstərir. İkinci yarıda rəqiblərin asan qalib gəldiyi komanda olmayacağıq. Həm çempionat, həm də kubokda bacardığımız qədər irəliləməyə çalışacağıq.

- Nizami Hacıyev və Mirhüseyn Seyidovun 6 matçda oyun satması deyilirdi. Lakin Seyidov yalnız “Neftçi” ilə görüşü bilərəkdən zəif keçirdiklərini bildirib...

- Artıq nəsə demək istəmirəm. Lazım olan açıqlamalar verilib. UEFA-nın səlahiyyətli nümayəndələri məsələyə baxıblar. Bundan sonrakı sualları həmin uşaqlara ünvanlandıra bilərsiz.

- Fuad Bayramovun da adı bu məsələdə hallanırdı...

- Əgər Fuad bu gün yanımızdadısa, zədələnməyənə qədər əvəzləmədimsə, deməli, onunla bağlı problem yoxdu.

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş