Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yığmalarımızın rəqibləri müəyyənləşib



Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə 19 və 17 yaşadək qızlardan ibarət milli komandalar arasında “Avro-2018”in elit-raundunun, həmçinin 2019-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Püşkə əsasən, U-19 millimiz “Avro-2018”in elit raundunda üçüncü qrupda Fransa, Belçika və Finlandiya yığmaları ilə birgə mübarizə aparacaq.

U-19 yığmamız “Avro-2019”un ilkin seçmə mərhələsində ikinci qrupda yarışacaq. Millimizin rəqibləri İsveçrə, Türkiyə və Kipr futbolçuları olacaq.

U-17 millimiz “Avro-2018”in elit raundunda yeddinci qrupda Almaniya, İrlandiya və İslandiya ilə üz-üzə gələcək.

“Avro-2019”un ilkin seçmə mərhələsinin beşinci qrupunda 17 yaşadək qızlardan ibarət millimiz İngiltərə, İslandiya və Moldova komandaları ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş