Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Voleybol üzrə Azərbaycan Yüksək Liqasının oyunu təxirə düşüb

Voleybol üzrə Azərbaycan Yüksək Liqasının oyunu təxirə düşüb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu yanvarın 22-də saat 18:00-da keçirilməli idi.
BrendSport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildiriblər ki, “Xarıbülbül” voleybol klubunun rəhbərliyinin federasiyaya ünvanladığı müraciətində komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub.
AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq yanvarın 22-də saat 18:00-da oynanılması nəzərdə tutulan “Neftçi” - “Xarıbülbül” görüşünü təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.


Facebook-da paylaş