Əsas Səhifə > Maraq > Voleybol üzrə Azərbaycan Yüksək Liqasının oyunu təxirə düşüb
Voleybol üzrə Azərbaycan Yüksək Liqasının oyunu təxirə düşüb21-01-2023, 15:30 |
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu yanvarın 22-də saat 18:00-da keçirilməli idi. BrendSport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildiriblər ki, “Xarıbülbül” voleybol klubunun rəhbərliyinin federasiyaya ünvanladığı müraciətində komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub. AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq yanvarın 22-də saat 18:00-da oynanılması nəzərdə tutulan “Neftçi” - “Xarıbülbül” görüşünü təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək. Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək. Geri qayıt |