Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Yekaterinburq-2023”ə hazırlıq və onun təşkili üçün ayrılan vəsaitin ümumi məbləği artırılıb

“Yekaterinburq-2023”ə hazırlıq və onun təşkili üçün ayrılan vəsaitin ümumi məbləği artırılıb


Yekaterinburqda 2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasına hazırlıq və onun təşkili üçün ayrılan vəsaitin ümumi məbləği 5,1 milyard rubl artırılaraq 69,8 milyard rubl təşkil edib.
BrendSport.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
XXXII Ümumdünya Yay Universiadası 2023-cü il avqustun 8-dən 19-dək Yekaterinburqda keçiriləcək. Proqrama 18 idman növü üzrə yarışlar daxil edilib.
Qeyd edək ki, növbəti – XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunması planlaşdırılsa da, pandemiya səbəbindən 2022-ci ilə təxirə salınıb.
2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş