Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb

Avropa çempionatı: Kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb


Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, komandamız yeddinci turda Niderland yığması ilə qarşılaşmada 2,5:1,5 hesablı qələbə əldə edib. Komandamızın qələbəsində Nicat Abasovun rəqibini məğlub etməsi həlledici rol oynayıb. Digər şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynovun qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Qadınlardan ibarət yığmamız isə turnirin reytinq favoriti olan Rusiya yığması ilə üz-üzə gəlib. Komandamız qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vurub.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət olan çempionat noyabrın 21-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş