Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bəşirov Dünya Şotokan Federasiyasının prezidenti seçilib



BrendSport.az saytı xəbər verir ki, Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib. WSF-nin vitse prezidenti və İdarə heyətinin üzvü olan Y.Bəşirov İstanbulda 11-ci Dünya Şotokan Çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səsvermənin qalibi kimi bu məsul vəzifəyə seçilib. Qeyd edək ki, o həmçinin Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvüdür.

Daha bir əlamətdar hadisə WSF-nin İdarə heyətinin yeni tərkibində təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin də yer alması olub. Bu böyük etimada əsas səbəb Azərbaycanın idman tədbirləri və təşkilatçılıq işlərində təcrübəsinin dünyada yüksək dəyərləndirilməsidir.

Türkiyə Karate Federasiyasının prezidenti vəzifəsinə namizədlərdən Ercüment Taşdemir isə WSF-nin Baş katibi seçilib. WSF ailəsi türk karatesinin idarə edilməsi istiqamətində fəaliyyətdə onu dəstəkləyir.

Yığıncaqda təşkilatın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə edilib. Məlumat üçün bildirək ki, 5 qitədən 75 dövlət WSF-nin rəsmi üzvüdür. Son illər təşkilatın idarə edilməsində dəyişikliklər WSF-nin nüfuzunu artırıb. Qarşıdakı illərdə karatenin Şotokan istiqamətində böyükmiqyaslı işlər görülməsi və yarışların sayının artırılması nəzərdə tutulub.



WSF-nin Media katibi Sənan Məhərrəmov


Facebook-da paylaş

Xəbəri paylaş