Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bakı Marafonu 2019"da qadınların yarışında Ukrayna atleti birinci olub



Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu 2019"da qadınların mübarizəsində qaliblər müəyyənləşib.

BrendSport.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunun ötən iki yarışının mükafatçısı Ukrayna təmsilçisi Valentina Poltavska bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib.

Şotlandiyalı Suzanne Matanti ikinci, azərbaycanlı Anna Yusupova isə üçüncü olublar.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə təşkil olunub.


Facebook-da paylaş

Xəbəri paylaş