Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

BrendSport.az xəbər verir ki, yarışda qadın güləşçilərimizdən Alyona Kolesnik startda isveçli rəqibini elə ilk dəqiqədə “tuşe” ilə məğlub edib. Macar idmançı ilə görüşə də yaxşı başlayan A.Kolesnik beş xal fərqi ilə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü aprelin 12-də təsəlliverici görüşə çıxıb. Yerli idmançı ilə qarşılaşan A.Kolesnik elə ilk hissədə “tuşe” ilə qalib gəlib. O, axşam seansında Bolqarıstan təmsilçisini də “tuşe” ilə üstələyərək yığmamızın hesabına növbəti bürünc medalı yazdırıb.
Digər idmançımız Tatyana Omelçenko da qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. T.Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzub. Tatyana aprelin 12-də bürünc medal uğrunda güləşib və ukraynalı həmkarını üstələyərək Avropa üçüncüsü olub.


Facebook-da paylaş

Xəbəri paylaş