Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fövqəladə hallar uşaqların gözü ilə"



19 dekabr 2017-ci il tarixdə Qəbələ şəhərində Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il olduğu kimi "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Şamaxı rayon Təhsil Şöbəsindən BrendSport.az saytına verilən məlumata görə, müsabiqədə rayonumuzun ümumtəhsil məktəbləri üzrə 3 nəfər şagirdimiz şəhər 9 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Ədilova Aytən İlkin qızı II yer,şəhər 6 saylı tam orta məktəbin 4-ci sinif şagirdi Hacızadə Nicat Mansur oğlu 3-cü yer və şəhər 10 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Həsənova Ləman Vüqar qızı isə III yerə layiq görülmüşlər.

Qaliblərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.Bizdə Təhsil Şöbəsinin kollektivi adından şagirdlərimizi təbrik edir,onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.

Alxas


Facebook-da paylaş

Xəbəri paylaş