Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



12 yaşlı futbolçu: atası 66, anası 28, sevgilisi 18 yaşında - FOTO



Dortmund "Borussiya"sının U-17 komandasında forma geyinən Yussuffa Moukokonun yaşı hamını şoka salıb. Rəsmi sənədlərə görə futbolçunun 12 yaşı var.

O, 2004-cü ilin 20 noyabrında doğulub. Kamerun əsilli almaniyalı futbolçunun atası 66, anasının 28 yaşında olduğu bildirilir. Bu hesabla anası onu 16 yaşında dünyaya gətirib. Yussuffa Moukoko hazırda 18 yaşlı qızla sevgilidi.

Onun yaşı ilə bağlı başlayan müzakirələrdən sonra "Borussiya" və milli komandanın tabe olduğu Almaniya Futbol Federasiyası yaş testinin keçirilməsini tələb edib.

Ötən mövsüm "Borussiya"nın U-15 komandasında keçirdiyi 21 oyunda 33 qol vuran Yussuffa Moukoko bu mövsüm U-17 komandasına yüksəlib. 12 yaşında olmasına rəğmən 17-18 yaşlı futbolçulardan daha böyük görünən futbolçu U-17-nin heyətindəki 5 matçda 13 dəfə frqlənib.

Müzakirələrə baxmayaraq, Yussuffa Moukoko Almaniyanın U-16 millisinə dəvət olunub.



Facebook-da paylaş

Xəbəri paylaş