Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Burada Azərbaycanın voleybol komandasını yaxşı tanıyırlar"



Mətanət Məmmədova 2008-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində anadan olub. Hazırda III sinif şagirdidir. Sinfin seçilən şagirdlərindəndir. Məktəbdə keçirilən "Mənim anam", "Qəhrəmanlıq nədir" müsabiqələrinin qalibidir.

Balaca Mətanət həm də yaxşı rəsm əsərləri çəkir. Məktəbdə İrina Viçislanovna, Yelena Petrovna, Anna Valentinovna, Serqey Nikolayevic kimi tanınmış müəllimlər onun təlim və tərbiyəsi ilə məşğul olur.

Mətanətin ən sevdiyi idman növü voleyboldur. İdman dərsində hər zaman sinif yoldaşları ilə voleybol oynayırlar.

Mətanətin idman haqqında dediklərindən:
- Burada bizim idman dərslərimizə çox ciddi şəkildə nəzarət edilir. Ümumiyyətlə, Rusiyada Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Burada Azərbaycanın voleybol komandasını yaxşı tanıyırlar. "Azərreyl" komandası dünya şöhrətli kamandadı. Voleybolçulardan Aynur Kərimova və Ayşən Abduləzimovanın fanatıyam. Hündürboy xanımlar dünyanın ən gözəl xanımlarıdır. Nənəm Lalə xanım da mənim idman marağımı dəstəkləyir. Nənəm deyir ki, azəri qızları həm gözəl, həm də güclü olur. Sən də onlardan biri ol.

Alxas Məmmədov







Facebook-da paylaş

Xəbəri paylaş