Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Media nümayəndələrinin nəzərinə

Media nümayəndələrinin nəzərinə

Hörmətli dostlar!

Gənclər və İdman Nazirliyi və BrendSport.az saytının təşkilatçılğı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə və “Qarabağ” futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətələrə dəstək olaraq media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri – “Qarabağ” kuboku təşkil etmək niyyətimiz var.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın idmana dəstəyini nəzərə alaraq belə bir yarış və tədbirlərdə Sizinlə də əməkdaşlıq etməkdən qürur duyardıq.
Xatırladaq ki, turnir Şağan Olimpiya İdman Kompleksində üç gün (17-19 noyabr tarixlərində) davam edəcək.

1. 13 noyabr 2017-ci il tarixə qədər tədbir işıqlandırmaq üçün iştirak etmək istəyən media nümayəndələri və qurumları öz loqolarını reklam posterlərində qeyd etmək üçün göndərməlidirlər.
2. Komanda şəklində turnirdə iştirak etmək istəyən media nümayəndələri qurumları noyabr ayının 14-ü saat 16:00-a kimi təşkilat komitəsinə məlumat vermədirlər.
3. Qeyd edək ki, bir neçə media qurumu birləşərək komanda şəklində turnirdə iştirak edə bilərlər.
4. Komanda 8 nəfərdən təşkil olunur. 6 nəfər əsas oyunçu 2 nəfər ehtiyat oyunçu. Zərurət yaranarsa 1 nəfər əlavə oyunçu da (təşkilat komitəsinə əvvəlcədən məlumat verilmək şərtilə) gətirmək olar.
5. Nəzərdə tutulan hədiyyə paketi və diplomlar 8 nəfər üçündür.
6. Turnirin püşkatma mərasimi konsert proqramının fasilə zamanı həyata keçiriləcək və komandaların kapitanlarının iştirakı vacibdi.
7. Oyunun bir hissəsinin müddəti 20 dəqiqə (fasilə 10 dəqiqə) olmaqla 2 hissədən ibarət olacaq.
8. Nəzərinizə çatdıraq ki, komandanın tərkibində peşəkar futbolçu aşkar olunarsa, komanda turnirdən kənarlaşdırılacaq.
9. Əlavə fikir və iradlar olarsa, təşkilat komitəsinə müraciət oluna bilər.


Qeyd edək ki, açılış mərasimində rəsmi şəxslərin iştirakı, televiziya kanallarının çəkiliş qrupu və estrada ulduzlarının iştirakı ilə konsert proqramı da nəzərdə tutulub.

İnanırıq ki, irəli sürdüyümüz təklifi nəzərdən keçirərək, öz köməkliyinizi bizdən əsirgəməyəcəksiniz. Sizinlə əməkdaşlıq etməkdən məmnunluq duyarıq.
Onu da nəzərinizə çatdıraq ki, turnirdə qalib olan komandalara Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi hazırlanmış diplom və fəxri fərmanlar təqdim olunacaq.

Əvvəlcədən təşəkkürümüzü bildirir, işgüzar fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Təşkilat Komitəsi


Facebook-da paylaş

Xəbəri paylaş