Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Qarabağ yanğılı müəllim



Bu gün harda Qarabağın adı keçirsə, orda bir göynəmək, sıxılmaq, sızlamaq var...
Kim Qarabağ haqqında danışırsa, yazırsa, ürəyində Qarabağ boyda bir qara xal var, lalə köynəyinin qara naxışı kimi...

Qarabağ yanğısı ömründən, taleyindən keçən, Qarabağ həsrətinin acısını dada-dada yaşının müdrüklük çağına çatan, bu qübarla yazıb-yaradan onun elmi fəaliyyətindən tutmuş məqalələrinə, həyatına hopmuş yanğı Vətən oğlunun harayıdır.

Belə oğullardan biri də hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziki tərbiyə və çağırışaqədər hazırlıq kafedrasının baş müəllimi Natiq Əliyevdir.

Qeyd edək ki, ADPU-nun tələbəsi olmuş bir çox Vətən oğlu birinci Qarabağ savaşında iştirak etmiş, onlardan 18 nəfəri şəhid olmuş və iki nəfərinə Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir.

BrendSport.az saytı xəbər verir ki, Əliyev Natiq Sabir oğlu 1960-cı ildə Bakı şəhərindən anadan olub. 1970-80-cı illərdə Bakı şəhərinin 13 saylı orta məktəbində təhsil alıb.

Orta təhsilini başa vuran Natiq müəllim, həqiqi hərbi xidmət keçib və ordu sıralarından qayıdıqdan sonra, 1986-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) ibtidai-hərbi və bədən tərbiyəsi fakültəsinə daxil olub.

1990-cı ildə ali təhsilini fərqlənmə ilə başa vuran qəhrəmanımız, 1990-93-cü illərdə Bakı şəhəri 51 saylı orta məktəbdə pedaqoji fəliyyətə başlayır.

1993-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmətdə olub. Vətənimizin ərazi bütövlüyünü qorumaq məqsədi üçün Qarabağ döyüşlərində fəal iştirak edib. Döyüşlərdə özünü bacarıqlı və döyüşkən bir əsgər kimi göstərib. Döyüş əməliyyatlarının birində yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı adından, müdafiə nazirinin əmri ilə müxtəlif medallar ilə təltif olunub.

Hazırda ADPU-nun fiziki tərbiyə və çağırışaqədər hazırlıq kafedrasının baş müəllimidir.

Natiq müəllim bu günə qədər 18 adda müxtəlif elmi məqalənin müəllifidir. O, yaradıcı insan olmaqla bərabər maraqlı hobbisi də var. Belə ki, o, vaxtaşırı müxtəlif tarixi faktların araşdırılmasını həyata keçirir.

Natiq müəllim həm kollektiv də, həm də tələbələri arasında böyük nüfuz sahibidir. Dəyərli məsləhətləri ilə ətrafındakılara daim yardımçı olmağa çalışır.

Vətənpərvərlik prinsipi ilə bütün mövzulara yanaşma qabiliyyəti olan Natiq müəllim müstəqil və dəqiq fikirləri ilə tələbələrinin sevimlisinə çevirilə bilib.

Onun üçün idman və idmançılar xüsusi kateqoriyaya aid olan insanlardır. Natiq müəllimin fikrincə, cəmiyyətimizin aparıcı qüvvəsi idman və idmançılar olmalıdır. Çünki idman sahəsi inkişaf etmiş hər bir dövlət güclü və qüdrətlidir.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş