Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Həbib Nurmaqomedov karyerasını başa vurmağı düşünmür



Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə dünya çempionu Həbib Nurmaqomedov Moskvada təşkil edilən mətbuat konfransında idman karyerasını başa vurmağı düşünmədiyini bildirib.

BrendSport.az “Sport.ru”ya istinadla xəbər verir ki, idmançı bu barədə deyib: “Mən hər döyüşə sanki sonuncu dəfə rinqə çıxan kimi gedirəm. Amma sonra özümü yeni döyüşə kökləyirəm. Əlbəttə, idman karyeramı bitirməyi düşünürdüm. Mənim 30 yaşım var. Vaxtında getməyi bacarmaq lazımdır. Çünki daha iddialı və gənc döyüşçülər yetişirlər. Hər bir insanın əldə edə biləcəyi zirvə var və həmişə həmin zirvəyə qayıtmaq mümkün olmur. Hələ ki, karyeramı davam etdirir və onu bitirməyi düşünmürəm”.

Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş