Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İflic olan dünya çempionumuz ölümcül döyüşə hazırlaşır - FOTO/VİDEO



Uzun müddətdir iflicdən sağalmaq üçün müalicə alan idmançı Sənan Əliyev döyüşə hazırlaşır.

Riskə gedərək "qanlı döyüş”ə hazırlaşan "Boz Qurd” ləqəbli döyüşçü Unikal.org-a danışarkən bildirib ki, o sonuncu dəfə rinqə çıxaraq, qalib gəlmək istəyir:

"İndi çox problemlərim var, ölməsəm döyüşəcəm. İflicdən müəyyən qədər qurtulub, idmana qayıtdım. Ancaq yenə də problemlərdən qurtula bilmirəm”.

Ölmək üçün yaşayan dünya və Avropa çempionu gündə üç dəfə ac və susuz şəkildə məşq edir:

"Mütləq döyüşəcəm. İntihar cəhdlərim alınmadı. Deyəsən, Allah ölməyimi istəmir. Həyatım maraqlı deyil, sadəcə döyüşüb sonra ölmək istiyirəm.

Yarış dekabr ayına nəzərdə tutulub. Sağlamlığım imkan versə, peşəkar döyüş olacaq. MMA və ya qəfəs döyüşü olacaq. Yarış ya Ukraynada, ya da Bolqarıstanda baş tutacaq.

Təklif Ukraynadan gəlib. Amma hələ ki, döyün tam vaxtı bilinmir. Çünki iflicdən yeni qurtulmuşam. Buna görə də zamanı haqda dəqiq məlumat verə bilmirəm. Noyabrda isə bu yarışdan əvvəl mətbuat konfransı keçirməyi planlaşdırmışıq. Orada vaxtla bağlı dəqiq məlumat veriləcək”.

Ölmək və intihar səbələri ilə bağlı soruşanda "Boz Qurd” ləqəbli dünya çempionu bunları dedi:

"Azərbaycanı, millətimi, vətənimi, Turanı çox sevirəm. Amma hər dəfə Azərbaycana qayıdışıma peşman oldum. Verdikləri sözə əməl etmədilər, yalan vədlər. İşlərinə yarayanda qardaş, yaramayanda heç maraqlanmadılar.

Onu da bildirim ki, məşqə piyada gedirəm. Öz gücümə küçədə, stadionda məşq edirəm”.

Dünya və Avropa çempionu həmişəki kimi bu döyüşü də qələbə ilə başa vuracağını deyib:

"Əməliyyat olunmalıydım, amma oluna bilmədim. Tam sağalmağıma hələ çox var. Həkimlər döyüşümə razılıq vermir. Yazdıqları reseptləri evdə saxlayıram. Əməliyyat olunmalıyam, çünki iflicdən sonra sağ qulağım hələ də eşitmir. Sağ gözüm ve burnumun üstündə kista var. Burun çəpəri kəsilməli və o götürülməlidir”.

İntiharın səbəbi isə mənlə məzara gedəcək. Sadəcə onu deyim ki, səbəblərdən biri yalnızlığımdır”.

Qeyd edək ki, Sənan Əliyev 2017-ci ildə Ukraynada keçirilən beynəlxalq yarışa qatılıb. Ukraynadan Azərbaycana gələnə qədər heç bir ağrısı olmayan idmançı vətənə qayıtdığı günün sabahı sağ tərəfində uyuşma hiss edib. Zamanla səhhətində problem yarandığı üçün idmançı həm nitq, həm də yerimə qabiliyyətini itirib. O həmin vaxtdan etibarən iflicdən müalicə almağa başlayıb.








Facebook-da paylaş

Xəbəri paylaş