Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Kamran yersiz səhvlər etdi" - baş məşqçi



"Oyuna çox passiv başladıq. "Slaviya" layiqli qələbə qazandı. Onlar bizdən üstün idi”.

Bu sözləri Çexiyanın "Mlada Boleslav” klubunun baş məşqçisi Duşan Uhrin deyib.

Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi komanda Çexiya çempionatının 5-ci turunda “Slaviya”nın qonağı olub və 0:4 hesablı məğlubiyyətlə üzləşib. Kamran debüt oyununda kobud səhvlərlə yadda qalıb.

Oyundan sonra yerli mətbuata açıqlama verən Duşah Uhrin Kamranın çıxışına da toxunub: "Pis oynamadıq. İkinci hissədə çox fəal idik. Ardıcıl hücumlar təşkil etsək də, təəssüflər olsun ki, fərqlənməyi bacarmadıq. Hücumlardan birini qolla tamamlaya bilsəydik, bəlkə də birinci hissədə buraxdığımız iki qolun əvəzini çıxa bilərdik. Amma əksinə oldu, qapıçımız yersiz səhvlər etdi. Qapımızda üçüncü qolu görəndən sonra oyunun axarını dəyişmək çox çətin idi".

Qeyd edək ki, matçda 3-cü qol qvtoqol olaraq Kamranı adına yazılıb.


Facebook-da paylaş

Xəbəri paylaş