Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yığmamızın oyunlarının təqvimi dəqiqləşdi



Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında oyunlarının təqvimi dəqiqləşib. A qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələri yarışa Ukrayna yığması ilə başlayacaq.

Voleybolçularımız ardınca müvafiq olaraq, Portuqaliya və Bolqarıstanla üz-üzə gələcək.

Mayın 19-da start götürəcək qrup mərhələsi iyunun 6-da yekunlaşacaq.

Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcəklər. B qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, C qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.

Yığmamızın yer aldığı A qrupunun təqvimi belədi:

19-20 may

I tur

Bolqarıstan – Portuqaliya

Azərbaycan – Ukrayna

23 may

II tur

Bolqarıstan – Ukrayna

Azərbaycan – Portuqaliya

26-27 may

III tur

Portuqaliya – Ukrayna

Bolqarıstan – Azərbaycan

30 may

IV tur


Azərbaycan – Bolqarıstan

Ukrayna – Portuqaliya

2-3 iyun

V tur


Ukrayna – Bolqarıstan

Portuqaliya – Azərbaycan

6 iyun

VI tur


Ukrayna – Azərbaycan

Portuqaliya - Bolqarıstan

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş