Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoda da FHN-nin idmançıları öz sözlərini deyir



Xəbər verdiyimiz kimi, 23-28 dekabr 2019-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı keçirilib.

75 komanda və 750-dən çox idmançının mübarizə apardığı turnirdə Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları da iştirak edib.

Nazirlikdən BrendSport.az saytına verilən məlumata görə, yarışda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Məhəmməd Məmmədov 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüb.

Bu gün nazirliyinin idman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev MMQ-in əsgəri Məhəmməd Məmmədovu qəbul edərək əldə etdiyi nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.





Facebook-da paylaş

Xəbəri paylaş