Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağdaşda taekvonduçuların yoldaşlıq görüşü



Bu gün Ağdaş, Göyçay və Ağsu taekvondo komandaları ilə birgə Ağdaş rayon M.Şeyxzadə adına gimnaziyanın idman zalında uşaq, yeniyetmə və gənclər arasında 100-dən artıq idmançının iştirakı ilə yoldaşlıq görüşü keçirilib.

BrendSport.az saytı xəbər verir ki, görüşün əsas məqsədi bölgələrdə taekvondo idman növünü daha da inkişaf etdirmək, dostluq münasibətlərini təkmilləşdirmək, idmançıların döyüş səviyələrini artırmaq və gələcək yarışlara hazırlamaq idi.

Yoldaşlıq görüşlərində dəstək olduqları üçün Ağsu komandasının məşqçi-müəllimi Cavanşir Mirzəyevə və Göyçay Taekvondo komandasının məşqçi-müəllimi Kazım Kazımova Ağdaş "Gənclər" Taekvondo İdman klubunun təsis etdiyi Fəxri Fərmanlar təqdim edildi.

Eyni zamanda yarışda fərqlənən idmançılar da xüsusi sertifikatlarla mükafatlandırıldılar.

Alxas Məmmədov



Facebook-da paylaş

Xəbəri paylaş