Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Artıq 32 iştirakçıdan 28-i məlumdur - Bəs bu gün hansı komanda vəsiqə qazanacaq?



Gələn il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək komandalardan daha ikisinin adı məlum olub.

BrendSport.az-ın xəbərinə görə, son olaraq İsveçrə və Xorvatiya mundiala vəsiqə əldə ediblər.

Bununla da DÇ-2018-ə vəsiqəni təmin edən komandaların sayı 28-ə çatıb:

Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya.

Qeyd edək ki, bu gün də pley-off mərhələsinin növbəti cavab oyunu olacaq.

İtaliya öz meydanında İsveçi qəbul edəcək. Bu komandalar arasında keçirilən ilk matçda İsveç millisi 1:0 hesabı ilə qalib gəlib.

"Skuadra Adzurra" mundiala yollanmaq üçün 2 qollu qələbə qazanmalıdır.

13 noyabr

DÇ-2018 pley-off mərhələsi, cavab oyunları

23:45. İtaliya - İsveç
İlk oyun: 0:1


Facebook-da paylaş

Xəbəri paylaş