Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rəsmi: Tərlan Əhmədov “Neftçi”də

Rəsmi: Tərlan Əhmədov “Neftçi”də

"Neftçi”yə yeni baş məşqçi təyin olunub. Gözlənildiyi kimi, komandanı Tərlan Əhmədov çalışdıracaq.

Əhmədovla mövsümün sonunadək müqavilə bağlanıb. Tərlan Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq. Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində, sentyabrın 16-da baş tutacaq "Neftçi” - "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib.

45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komanda Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).


Facebook-da paylaş

Xəbəri paylaş