Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Pauerliftinq üzrə dünya çempionatında polis idmançıları da böyük uğur qazanıblar




Moskvada pauerliftinq üzrə dünya çempionatında mübarizə aparan və favorit hesab olunan Azərbaycan millisi uğurla çıxış edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, dünyanın ən güclü atletlərinin yarışında millimizin heyətində təmsil olunan polis idmançılardan Samux Rayon Polis Şöbəsinin inspektoru, polis kapitanı Rüfət Ağayev çiyində ştanqla oturub qalxma hərəkətində 470 kiloqram, ştanqı qurşağadək dartmaqda 340 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 280 kiloqramın öhdəsindən gələrək çəkisi 125 kiloqramadək olan, xüsusi təchizatla yarışan atletlər arasında, ümumilikdə, 1090 kiloqram nəticə ilə qızıl medal qazanıb, səkkizinci dəfə dünya çempionu adına sahib olub.

Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı Razim Hüseynov çəkisi 125 kiloqramadək olan təchizatsız yarışan idmançıların sırasında çiyində ştanqla oturub qalxma hərəkətində 345 kiloqram, ştanqı qurşağadək dartmaqda 330 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 250 kiloqramın öhdəsindən gəlməklə, ümumilikdə, 925 kiloqram nəticə ilə millimizin medal mücrüsünə daha bir qızıl medal əlavə edib və dünya çempionu adını qazanıb.

İsmayıllı Rayon Polis Şöbəsinin polis nəfəri, polis baş serjantı Kamil Qafarov çempionatda “bench press” - ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. Çəkisi 90 kiloqramadək olan idmançıların mübarizəsində o, 240 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyub, altıncı dəfə dünya çempionu adını qazanıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Roman Əhmədov isə “deadlift”- ştanqı qurşağadək dartma hərəkətində yarışaraq, çəkisi 82 kiloqramadək olan idmançılar arasında 225 kiloqramı qaldırmaqla ikinci yeri tutub.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş