Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Azərbaycan idmanının canlı əfsanəsi, güləş tariximizin qüruru – çox hörmətli Hicran Şərifovun doğum günüdür


Bu gün Azərbaycan idman ictimaiyyətinin böyük hörmət və ehtiram bəslədiyi, milli güləşimizin inkişafında müstəsna xidmətləri olan, ömrünü Azərbaycan idmanına, gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsinə həsr etmiş, Əməkdar məşqçi, vətənpərvər insan, I və II Qarabağ müharibələrinin iştirakçısı, Azərbaycan idmanının canlı əfsanəsi Hicran Şərifovun doğum günüdür.

Bu əlamətdar gün münasibətilə BrendSport.az informasiya portalının kollektivi adından Hicran müəllimi səmimi qəlbdən təbrik edir, Uca Allahdan ona möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə səadəti, tükənməz enerji, yeni uğurlar və Azərbaycan idmanına daha uzun illər xidmət etməyi nəsib etməsini diləyirik.

Çox hörmətli Hicran müəllim!

Siz uzun illər ərzində Azərbaycan güləşinin inkişafı naminə göstərdiyiniz fədakar fəaliyyət, yetişdirdiyiniz dünya, Avropa və ölkə çempionları, qazandığınız möhtəşəm nailiyyətlər, eləcə də idmanın təbliği istiqamətində həyata keçirdiyiniz əvəzsiz xidmətlərlə Azərbaycan idman tarixində silinməz iz qoymuş görkəmli idman xadimlərindənsiniz. Zəngin həyat və fəaliyyət yolunuz peşəkarlığın, vətənpərvərliyin, fədakarlığın, dövlətə sədaqətin və yüksək mənəvi dəyərlərin ən parlaq nümunəsidir.

Siz yalnız böyük məşqçi və idman təşkilatçısı deyil, eyni zamanda Vətən uğrunda canını ortaya qoymuş mərd bir Azərbaycan övladı, I və II Qarabağ müharibələrinin iştirakçısı, dövlətinə və xalqına sonsuz sədaqəti ilə seçilən nümunəvi bir şəxsiyyətsiniz. Döyüş meydanında göstərdiyiniz şücaət, idman sahəsində qazandığınız uğurlar və yetişdirdiyiniz çempionlar Sizin ömür yolunuzu əsl qəhrəmanlıq salnaməsinə çevirib.

Yüzlərlə gəncin idmana qazandırılması, onların sağlam düşüncəli, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşması istiqamətində gördüyünüz işlər əsl müəllim, əsl vətəndaş və əsl vətənpərvər missiyasının bariz nümunəsidir. Bu gün də Sizin həyat məktəbiniz və zəngin təcrübəniz minlərlə idmançı, məşqçi və gənc üçün örnək olaraq qalır.

Əminik ki, Azərbaycan idmanına bəxş etdiyiniz zəngin irs, qazandığınız nailiyyətlər və göstərdiyiniz misilsiz xidmətlər gələcək nəsillər tərəfindən daim böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanacaq. Sizin kimi şəxsiyyətlər xalqımızın milli sərvəti, dövlətimizin qürur mənbəyi və Azərbaycan idmanının əbədi iftixarıdır.

Çox hörmətli Hicran müəllim!

Doğum gününüz münasibətilə Sizə bir daha möhkəm cansağlığı, uzun, mənalı və bərəkətli ömür, ailə səadəti, tükənməz güc, yeni-yeni uğurlar və sevdiklərinizlə birlikdə neçə-neçə xoşbəxt illər arzulayırıq.

Doğum gününüz mübarək olsun! 100 yaşayın! Uca Allah Sizi və ailənizi daim qorusun, ömrünüzü xeyirli, sağlam və bərəkətli etsin. Siz Azərbaycan idmanının canlı əfsanəsi, güləş tariximizin qüruru, Vətənə sədaqətin və idmana xidmətin parlaq simvolu olaraq hər zaman xalqımızın qəlbində yaşayacaqsınız.

Hörmətlə: BrendSport.az informasiya portalının baş redaktoru Bəhruz Səmədov və BrendSport.az informasiya portalının bütün əməkdaşları.


Facebook-da paylaş

Xəbəri paylaş