Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Güclü olmaq hər bir Azərbaycan oğlu üçün vacibdir"

"Güclü olmaq hər bir Azərbaycan oğlu üçün vacibdir"

"Sabah Ali Baş Komandandan əmr gəlsə, Qarabağa yollanmağa hazır olmalıyıq"

Təyyar Xudaverdiyev 23 sentyabr 1996-cı ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olub. Atası Ağacəfər müəllim vaxtilə ağır atletika idman növü üzrə peşakar idmançı olub. Təyyarada idmana marağı da o yaradıb.

2002-2013-cü illərdə Şamaxı şəhər iki saylı orta məktəbində oxyub. Oxuduğu dövrdə tərbiyəli şagird kimi yadda qslıb. 2014-ci ildən Bakı Biznes Universitetinin dövlət və bələdiyyə idaretmə fakültəsinin tələbəsidir.

2007-ci ildən taekvondo ilə məşğul olur. Qobustan rayon acıq birinciliyinin mükafatçısıdır. Eyni zamanda güləş və ağırlıqqaldırma idman növləri ilə məşğul olub. Güləş idman növü üzrə də bir neçə yarışın mükafatçısı ola bilib.

Təyyar sağlam həyat tərzinin tərəfdarıdır.

- İdmana olan marağı mənə atam yaradıb. Təzə məşqlərə başlayanda bir az çətin idi. Çox yorulurdum. Sonralar öyrəşdim. Rəhmətlik babam polis zabiti olub. Vaxtilə atama da idmanla məşğul olmaqı o tövsiyə edib. Ailəmizdə atam da, qardaşım da idmanla məşqul olurlar. Bu bir növ ailəvi maraqdır. Karyeramı hərbi sahədə, ya da polis sistemində görürəm. Zabit olmaq fikrindəyəm. İstəyirəm ki, işğal olunmuş torpaqlarımız azad olsun. Qismət olsa, Qarabağda qulluq edəcəm. Düşmən bilsin ki, oralar bizimdir. Biz də o torpaqlara qayıdayacağıq. Bu, bir həyat qanunudir. İdmanla çox adam məşğul edir. Hərənin də bir marağı var. Mənim də marağım dövlətimə qulluq etməkdir. Güclü olmaq hər bir Azərbaycan oğlu üçün vacibdir. Sabah Ali Baş Komandandan əmr gəlsə, Qarabağa yollanmağa hazır olmalıyıq.


Alxas Məmmədov






Facebook-da paylaş

Xəbəri paylaş