"Nizami Paşayev ağır atletikamızın canlı əfsanəsidir"
Mehdi İsmayılov 1978-ci ildə Şamaxı rayonunun Keçmədin kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olan Mehdi müəllim ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Rayonun tanınan pedaqoqlarındandır. Hazırda Şamaxı Texniki Humanitar Təmayüllü internat tipli liseydə çalışır. 2017-ci ildə onun şagirdlərindən 33 nəfər ali məktəbə qəbul olmağı bacarıb.
Mehdi müəllimin idmana bağlılığını nəzərə alıb, bu sahə barədə fikirlərini öyrəndik.
- Mən deyərdim ki, idman gənclər üçün vacib bir həyat faktorudur. İnsanın həm fiziki görkəminə, həm də mənəviyyatına təsir edir. Bir çox şagirdlərim idmanla məşğul olur. Çoxları kimi mən də buna yaxşı baxıram. Bəzi şagirdlərim yarışlarda layiqli yerlər də tutublar. Mən bu cür tələbələrə həmişə deyirəm ki, idmançı olmaqla yanaşı, həm də savadlı olmaq vacib şərtdir. Yeri gələndə, hansısa bir TV kanala, qəzetə və ya sayta müsahibə verəndə səlist və savadlı danışmağı bacarmaq lazımdı. Məncə, gücün səviyyəsində biliyin də olmalıdı. Savadlı və sağlam insan cəmiyyətdə həmişə nümunə göstərilir. Mənim gənc vaxtlarımda marağım ağır atletikaya olub. Bu gün Nizami Paşayev ağır atletikamızın canlı əfsanəsidir. Vaxtı ilə Hikmət müəllimin yanında ağır atletika ilə həvəskar formada məşğul olmuşam. Sonra ali təhsil aldığım vaxtlarda aradabir məşğul olurdum. Bütün idmançılarımıza uğurlar arzulayıram. Çünki dövlətimizin beynəlxalq səviyyədə tanınmasında onların rolu danılmazdır.
Alxas Məmmədov
Facebook-da paylaş