Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan karateçiləri Rusiyadakı turnirə yollanıblar



Oktyabrın 13-15-də Rusiyanın Rostov-na-Donu şəhərində “Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə beynəlxalq festival-turnir və sözügedən tədbir ərəfəsində koşiki karate-do üzrə təcrübəli məşqçilərin iştirakı ilə seminar keçiriləcək.

BrendSport.az
xəbər verir ki , Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının komandası da kata və kumite üzrə həmin yarışlara, eləcə də seminara dəvət alıblar.

Federasiya tərəfindən 1 məşqçi və 11 idmançıdan ibarət komanda formalaşdırılıb və Rusiyaya yola salınıb.

Oğlanlardan Fuad Salayev (10-11 yaş, 30 kq), Tuncay Xudakərimov (12-13 yaş, 37 kq), Xanhəsən Feyziyev (12-13 yaş, 37 kq), Mirrauf Əlizadə (12-13 yaş, +50 kq), Musa Əkbərli (14-15 yaş, 50 kq), Ramal Fətullayev (14-15 yaş, +70 kq), Kənan İsmayılzadə (16-17 yaş, 65 kq), Eyvazxan Məlikov (16-17 yaş, 75 kq), qızlardan isə Zeynəb Mövsümzadə (12-13 yaş, 45 kq), Fatimə Mövsümzadə (14-15 yaş, 50 kq), Sevinc Mövsümzadə (+18 yaş, 55 kq və 65 kq) qüvvəsini sınayacaqlar.

Azərbaycan Koşiki Karate-do Federasiyasının baş məşqçisi Nazim Mövsümzadə turnir çərçivəsində oktyabrın 13-də Rusiya Koşiki Karate-do Federasiyasının prezidenti Aleksandr Sokovikovla birgə seminar keçirəcək. Onun veteranlar arasında kata yarışında iştirakı da gözlənilir.

Yığmanın hər idmançısı iki növ - kata və kumite üzrə mübarizəyə qatılacaqlar. Əsas yarışlar 14-15 oktyabrda baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş