Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki gimnastımız “AGF Trophy” turnirində top ilə yarışların finalına yüksəlib

İki gimnastımız “AGF Trophy” turnirində top ilə yarışların finalına yüksəlib


Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində top ilə yarışların finalçıları bəlli olub.
BrendSport.az xəbər verir ki, təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar finala adlayıblar. Həlledici mərhələdə Azərbaycanın iki gimnastı – Şəms Ağahüseynova və Sofiya Məmmədova medallar uğrunda mübarizə aparacaq. Təmsilçilərimiz ilə yanaşı, finalda kiprli Vera Tuqolukova, Özbəkistan gimnastı Natalya Usova, polşalı Olivia Maslov, israilli Lian Rona, Bolqarıstan idmançısı Dara Malinova və misirli Alia Ahmed çıxış edəcəklər.
Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.
Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş