Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan MMA, Pankration və Qrepplinq federasiyasının prezidenti Azad Əsgərov və idarə heyəti "Simral" idman klubunun açılışını etdilər



BrendSport.az sayaytı, Azərbaycan Qrepplinq İdman Federasiyasının vitse-prezidenti Huseynali Abbaslının FACEBOOK səhifəsinə istinadən xəbər verir ki, dünən Sumqayıt şəhərində "Simral" idman klubunun açılışı baş tutdu.

Açılışa Azərbaycan MMA, Pankration və Qrepplinq federasiyasının prezidenti Azad Əsgərov və idarə heyəti qatılmışdır. Açılışda iştirak edən federasiya rəhbəri, çıxış edərək öz tövsiyələrini vermiş və idmançılara gələcək idman fəaliyyətlərində uğurlar diləmişdir. Eyni zamanda qeyd edim ki, açılış zamanı Qrepplinq federasiyasının böyüklər üzrə baş məşqçisi, idman ustası Hadiyev Əkbərdə açılışda iştirak edən idmançılara Qrepplinq idman növü üzrə seminar təşkil edərək, müəyyən qaydaları izah etmişdir.
İstər zəfər qazanılmış 44 günlük Qarabağ müharibəsi zamanı, istərsə də daima güclü dövlət və sağlam cəmiyyətin formalaşmasında qatqımız ola bilirsə, nə xoş halımıza. Sağlam dövlət, sağlam ruh yüksəkliyi ilə əldə olunur. Bu mənəvi bədən ruhunun maarifləndirilməsi isə, idmanda sözünü demiş, etimad olunan idman peşəkarlarının dəstəyi sayəsində, rəsmi idman zallarından başlayır.

Dövlətimizin davamlı və dayanıqlı sağlam gücə sahib olması üçün, əlindən gələni əsirgəməyən hər bir fərdinə müvəffəqiyyətlər diləyirəm. Əlbəttə istər bu idman sahəsində olsun, istər də sahəsindən asılı olmayaraq digər sahələr. Vacib olan, dövlətinə, cəmiyyətinə dəyər vermək və bunun üçün toplum halında çalışmaqdır.

Bizdə BrendSport.az saytı olaraq federasiyanın və klubun bütün üzvlərini təbrik edirik.


Facebook-da paylaş

Xəbəri paylaş