Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qapalı zalda məşqinə icazə verilən üç idmançımızın adı bilindi



BrendSport.az saytı xəbər verir ki , Qrapplinq, Pankration və MMA Federasiyasının prezidenti Azad Əsgərovun Oxu.Az-a verdiyi məlumata görə, 26-27 apreldə keçiriləcək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında Azərbaycan üç idmançı ilə təmsil olunacaq.

Bunlar Vüsal Qasımov (-71 kq), Nadir İmaməliyev (-77 kq) və Məhəmməd Əhmədzadədir (-84 kq). Yarış zamanı komandaya rəhbərliyi federasiya prezidenti, o cümlədən Ümümdünya Güləş Birliyinin Dünya Qrapplinq Komitəsinin üzvü olan Azad Əsgərov həyata keçirəcək.

Qeyd edək ki, bu, pandemiya dövründə qrapplinq idman növündə keçirilən ilk mötəbər yarış olacaq. Turnir 19-25 apreldə Varşavada keçiriləcək güləş üzrə Avropa çempionatı başa çatdıqdan dərhal sonra baş tutacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah həndbol, voleybol və qrapplinq üzrə milli komanda üzvlərinə qapalı zalda məşqə icazə verib. Aprelin 8-dən verilən xüsusi icazənin müddəti qrapplinqdə aprelin 23-də bitəcək.


Facebook-da paylaş

Xəbəri paylaş