Millinin müdafiəçisi karyerasını başa vurdu - "Qəbələ"də məşqçi işləyəcək
Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov 35 yaşında karyerasını başa vurub.
BrendSport.az -ın məlumatına görə, o, bundan sonra məşqçi kimi çalışacaq.
Uzun müddət zədədən əziyyət çəkən Ramaldanovun yeni iş yeri də artıq məlum olub. O, elə karyerasını başa vurduğu "Qəbələ" ilə məşqçi kimi yola davam edəcək.
Baş məşqçi Elmar Baxşıyev Rasimin məhz onun yanında köməkç çalışmasını rəhbərlikdən istəyib və bu istək də müsbət qarşılanıb.
Rasim Ramaldanovun ilk peşəkar klubu "Simurq" olub. 35 yaşlı müdafiəçi "Qəbələ"yə kimi müxtəlif illərdə "Xəzər Lənkəran" və "Sumqayıt"ın da formasını geyinib.
Azərbaycan millisinin heyətində 17 oyun keçirmiş müdafiəçi 2016-ci il Gürcüstanın "Kolxeti" klubunda bir illik legioner həyatı da yaşayıb.
Facebook-da paylaş