“Qəbələ” xorvatiyalı müdafiəçisi ilə yollarını ayırıb
“Qəbələ” futbol klubunun müdafiəçisi İviça Juniç Azərbaycanı tərk edib.
BrendSport.az xəbər verir ki, 31 yaşlı xorvatiyalı müdafiəçi Avstriyaya yollandığını bildirib.
Xatırladaq ki, İ.Juniç 2019-cu ilin avqustundan “Qəbələ”də çıxış edirdi. Onun müqaviləsi bu yay başa çatıb.
Facebook-da paylaş