"Hər şey Tanrının əlindədir, qazanıb-qazanmayacağımı yalnız o bilir"
"Qızıl medaldan ötrü həm fiziki, həm də psixoloji baxımdan ciddi hazırlaşıram".
BrendSport.az xəbər verir ki, bu fikirlər Azərbaycanın qadın güləşçisi Mariya Stadnikə məxsusdur.
2 qat dünya və 8 qat Avropa çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqdan söz açıb.
Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir. Stadnik uğur qazanmaq üçün özündən asılı olan hər şeyi etdiyini vurğulayıb:
"Son olimpiadada buna cəmi 5 saniyəm çatmadı. Hər şey Tanrının əlindədir. Qızıl medal qazanıb-qazanmayacağımı yalnız o bilir. Mən isə öz növbəmdə, əlimdən gələni edəcəm".
Facebook-da paylaş